Hedismerkezlilik ve onun fesadlari

by

1 hr read
Rate this book:
243 pages 2025

About This Book

Nə üçün müasir çağa qədər din alimləri Aşura günü qançıxarma və başyarma ənənəsinə etiraz etmirdilər?
Nə üçün Əhli-beytin tarix və fəzilətlərinə dair qeyri-mötəbər məlumatlar geniş yayılır, dini məclislərdə “Rövzətüş-şühəda” kimi əsassız kitablar oxunurdu?
Nə üçün qadınlar aşağılanır, təhsildən məhrum və cəmiyyətdən təcrid edilirdilər?
Müsəlman məzhəbləri arasında qarşıdurma hansı səbəblərdən irəli gəlirdi, bunda hədislərin və din alimlərinin rolu nədən ibarət idi?
Hansı əsasla siyasi fəaliyyət qadağan edilir, şahlar müqəddəs varlıq adlandırılırdı?
Kitabda bu kimi suallara cavab verilib, müvafiq problemlərin düşüncə kökləri araşdırılıb, müxtəlif mövzularda onlarla hədis tənqid olunub, Quran və ağılmərkəzli İslama qayıdışın vacibliyi konkret nümunələrlə göstərilib.
Oxucu həmçinin əvvəldən Səfəvilər dövrünün sonuna qədərki şiə düşüncə tarixinə ekskursiya edəcək, bir çox fiqhi və etiqadi nəticələrə səbəb olmuş qaydaların necə formalaşdığını biləcək, qədim alimlər arasındakı elmi-metodik qarşıdurmalarla tanış olub İslamı olduğu kimi öyrənmə imkanı qazanacaq.

Buy This Book

As an Amazon Associate and Bookshop.org affiliate, BookOrb earns from qualifying purchases.

Write a Review

Sign in to write a review.